“Mançester Yunayted”dən "Lester"ə 65 milyonluq təklif

“Mançester Yunayted”dən "Lester"ə 65 milyonluq təklif
XƏBƏR 26 İyul 2018 / 20:28 4975
-  A +

İngiltərə millisi və "Lester"in üzvü Harri Maquayr "Mançester Yunayted"ə keçə bilər.

Qol.az-ın “Sky Sports”a istinadən yaydığı xəbərə görə, "qırmızı şeytanlar" dünya çempionatında uğurlu çıxışı ilə diqqət çəkən müdafiəçini heyətinə qatmaq istəyir.

Artıq “qırmızı şeytanlar”ın Maquayr üçün qarşı tərəfə 65 milyon avro dəyərində rəsmi təklif göndərdiyi bildirilir.

Xatırladaq ki, “Lester” daha əvvəl “Mançester Yunayted”in 50 milyon avroluq təklifini rədd etmişdi. 

Qeyd edək ki, "Lester" Maquayrı ötən mövsüm "Hall Siti"dən 17 milyon funta transfer edib.

Son xəbərlər
topaz banner