"Beşiktaş"da yeni hücumçu

"Beşiktaş"da yeni hücumçu
XƏBƏR 26 İyul 2018 / 19:40 6766
-  A +

Türkiyənin “Beşiktaş” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Qol.az-ın  “NTV Spor”a istinadən yaydığı xəbərə görə,   İstanbul klubu “Ankaragücü”ndən ayrılan Umut Nayirini transfer edib. Tərəflər arasında 4 illik müqavilə imzalanıb.

“Beşiktaş” müqavilə ilə “Osmanlıspor”a məxsus olan 25 yaşlı futbolçunun transferi üçün 250 min avro təzminat ödəyib.

Qeyd edək ki, Umut geridə qalan mövsümdə “Ankaragücü”ndə 34 oyuna 14 qol vurub.

Son xəbərlər
topaz banner