"Yuventus"un baş məşqçisi Massimiliano Alleqri yeni transferləri Kriştiano Ronaldonu hansı mövqedə oynadacağını açıqlayıb.
Qol.az-ın "Football İtalia"ya istinadən yaydığı xəbərə görə, o deyib ki, portuqaliyalı oyunçunun mövqeyində hər hansı dəyişiklik etməyəcək: "O, "Real"da olduğu kimi eyni mövqedə oynayacaq. Ronaldo hücum edən üç oyunçudan biri olacaq və əvvəlki kimi qol vuracaq".
Qeyd edək ki, Ronaldo bu ay "Real"dan 112 milyon avroya "Yuventus"a transfer olunub. O, yeni klubu ilə 4 illik müqavilə imzalayıb.
32 il sonra ilk dəfə...
Fərid Nəbiyev "İmişli"də
“Sabah”ın potensial rəqiblərinin oyununda kim qalib gəldi?
Dambrauskas: “Bizi çətin səfər gözləyir”
İsveçrə - Kolumbiya: Heyətlər
Argentina - Misir matçının ən yaxşısı seçildi
“Sabah” bizi yordu” - TNS-in baş məşqçisi
Messi iki rekorda imza atdı