"Onlar "Qəbələ"dən daha təhlükəlidir" - "Proqres" rəsmisi

"Onlar "Qəbələ"dən daha təhlükəlidir" - "Proqres" rəsmisi
XƏBƏR 26 İyul 2018 / 13:58 3628
-  A +

Avropa Liqasının birinci təsnifat mərhələsində "Qəbələ"ni mübarizədən kənarlaşdıran "Proqres" ikinci mərhələdə "Honved" klubu ilə qarşılaşacaq.

Qol.az-ın Lüksemburq mətbuatına istinadən yaydığı xəbərə görə, Azərbaycan və Macarıstan təmsilçilərini müqayisə edən Lüksemburq klubun idman direktoru Tomas Qilqemann hazırkı rəqiblərinin daha ciddi olduğunu deyib:

"Bu cütün da favoriti rəqib komandadır. İlk mərhələdə olduğu kimi indi də autsayder bizik. "Honved"ə gəlincə, bu komanda "Qəbələ" deyil, tamam fərqli rəqibdir. Düşünürəm ki, onları səfərdə udmaq mümkünsüzdür. "Qəbələ" ilə səfər matçında olduğu kimi yenə müdafiədən oynamağa çalışacağıq. Amma bu dəfə daha diqqətli olmalıyıq. Çünki "Honved" hücumda çox təhlükəlidir".

Qeyd edək ki, "Proqres" Lüksemburqdakı cavab oyununda "Qəbələ"yə 0:1 hesabı ilə uduzsa da, səfərdə qazandığı qələbə (2:0) onları 2-ci təsnifat mərhələsinə yüksəltmişdi.

Son xəbərlər
topaz banner