Flatfy - mənzillərin axtarış sistemi Azərbaycanda yeni tikililərin kataloqunu buraxıb. Elə indi 117 tikinti şirkətinin tikilməkdə olan və inşa edilmiş 195 yaşayış kompleksi və evlə bağlı təklifləri ilə tanış olmaq olar.
Əksər insanlar həyatlarında bir dəfə mənzil alırlar. Bu, hər kəs üçün mühüm və məsuliyyətli addımdır. "Flatfy" alıcıların şəxsi mənzilin əldə olunması zamanı arzu və narahatlıqlarını daha yaxşı anlamaq və İT-məhsulun buna necə kömək edə biləcəyini öyrənmək üçün mütəmadi olaraq sorğu və araşdırmalar aparır. Bu gün yaranan problem və suallar barədə bir az sonra danışacağıq.
Nəyi seçməli?
Alıcıların əsas problemi mənzil alışında əsasən təcrübəsiz olmalarıdır. Bu da bir çox sualların yaranmasına səbəb olur. Birincisi, strukturlaşdırılmış informasiyanın mövcud olmamasıdır. İnşaatçıların saytlarında yaşayış kompleksləri haqqında məlumatlarla tanış olarkən alıcılar çox vaxt bunun reklam xarakterli olduğunu qeyd edirlər. Təfərrüatları öyrənmək üçün isə kifayət qədər vaxt lazımdır.
İkincisi - inşaatçıların saytları fərqlidir. Müxtəlif developerlərin tikdiyi iki evi müqayisə etmək isə çətin işdir.
Buna görə də "Flatfy" yeni tikililərin kataloqu komandası bütün yaşayış komplekslərini taparaq onlar haqqında məlumatları strukturlaşdırıb. Sizə yalnız seçmək və müqayisə etmək qalır!
Bəs bu ev harada tikilir?
Yeni mənzillərin alıcılarının tələbatını öyrənərkən müəyyən etdik ki, investorlar ilk növbədə onun yerləşməsinə diqqət yetirirlər.
Buna görə də biz yaşayış komplekslərini xəritədə seçmək imkanını təqdim etdik. Burada siz binaların harada tikildiyini, sıxlığını, dənizə məsafəsinin nə qədər olduğunu, yaxınlıqda hansı bağça, məktəb və parkların, nəqliyyat qovşağının yerləşdiyini və s. dəyərləndirə bilərsiniz.
Buradan mənzil istəyirəm, ala bilərəmmi?
İnsanlar ərazini seçərkən maddi imkanlarının çatıb-çatmadığına baxırlar. Bu suala cavab vermək üçün kataloqda hər kompleks üçün bir kvadratmetrə görə minimal qiyməti müəyyənləşdirmişik.
Məlum olub ki, Bakıda ən ucuz mənzilin qiyməti bir kv.m üçün 400 AZN-dən, daha elit mənzilin qiyməti isə 1200 ABŞ dollarından başlayır. Gələcəkdə konkret binada konkret mənzilin dəyərini dəqiqləşdirməklə qiymətlər haqqında məlumatları genişləndirməyi planlaşdırırıq. Əgər siz inşaat şirkətinin nümayəndəsisinizsə, sizin yaşayış kompleksinizdə mənzilin qiymətini dəqiqləşdirmək üçün bizə [email protected] ünvanına "salam" yazın.
Bəs risklər necə? Axı bu investisiyadır.
İlkin mənzil bazarı - bu investisiyadır. Yeni mənzillərin alışının 50 faizi binanın hələ özülünün qoyulduğu və ya tikildiyi mərhələyə düşür. Məhz əliboş qalmaq riski səbəbindən insanlar, adətən, yeni tikililərdə təkrar mənzilə üstünlük verirlər.
Biz binanın inşa olunacağına zəmanət verə bilmərik, lakin saytımızda maksimum obyektiv məlumat və göstəricilərin təqdim olunduğuna zəmanət veririk. Bu məqsədə çatmaq üçün bizdə kontent-menecerlər və jurnalist-analitiklərdən ibarət böyük bir bölmə çalışır. Bununla belə, istifadəçinin "investisiya riski"ni daha yaxşı qiymətləndirə bilməsi üçün kataloqa nəinki "aktiv" layihələri, başa çatmış layihələri də əlavə etdik. Hər bir tikinti şirkətinin səhifəsində (məsələn, "Melissa Group" və ya "Yeni Hayat" şirkətlərinin səhifələri) həmin şirkətin neçə müddətdir fəaliyyət göstərməsi, hazırda neçə bina tikməsi, neçəsini istismara verməsi barədə məlumatlarla tanış olmaq mümkündür.
New.Flatfy.az - Azərbaycanda yeni mənzillərin rahat seçimi!
Xatırladaq ki, Flatfy.com - mənzil seçimi üçün onlayn xidmətdir. "Flatfy" axtarış sistemi mənzillərin satışı və kirayəsi ilə bağlı bütün elanları toplayır və bazarda təklif olunan evləri bir saytda rahat seçmək imkanı verir. "Flatfy" 37 ölkədə fəaliyyət göstərir. Bu layihə Azərbaycanda 2016-cı ildə istifadəyə verilib və 2018-ci ilin iyun ayında yeni tikililərin kataloqu buraxılıb.
Qurbanovdan Koxalskinin gedişi barədə: "Hələlik rəsmi..."
"Qarabağ"a qarşı oyunumuz növbəti matçlar üçün stimuldur"
"Qarabağ"ın qələbəsindən - Video
Azərbaycan millisi Gürcüstana məğlub oldu
Tovuzda vurulan 3 qol - Video
Emreli oynadı, komandası uduzdu
Acun Ilıcalının komandası bu göstəricidə hamını geridə qoydu
Millimizin üzvü Kosovada het-trik etdi
Messinin rekorduna şərik oldu
Koxalski son dəfə Respublika Stadionunda - Video
PSV ilə oyunda zədələndi, xəstəxanaya aparıldı
Cəlal oynadı, komandası qalib gəldi
“Qarabağ” - “Araz-Naxçıvan” matçının heyətləri açıqlandı
“Mançester Yunayted” “Sabah”la oyundan əvvəl xal itirdi
39 yaşlı Ceymi Vardi İngiltərə çempionatına qayıtdı
Ronaldonun "casusluğu" gündəm oldu - Şəkil
Luis Enrikenin maaşı artırıldı
Osimhen sıradan çıxdı
“Turan Tovuz” - “Sumqayıt”: Heyətlər
Azarkeşlə dalaşdı, cəzalana bilər
Aziz Yıldırım Prezident İlham Əliyevlə görüşdü - Şəkillər
Əlcəzair millisində yeni baş məşqçi
Krivotsyukun komandası darmadağınla qalib gəldi
"Qarabağ"ın sabiq futbolçusu istefa verdi
Azərbaycan millisinin qapıçısı bu kluba keçdi
Vinisius Mourinyoya məhəl qoymadı - Şəkil
İstanbul derbisində ölüm
Nani cüdo fəndi ilə rəqibini yerə sərdi - Video
Tramp DÇ-2026-nın ABŞ-a qazandırdığı məbləği açıqladı
"Neftçi" - "Şəfa" matçındakı 5 qol - Video
İstanbul derbisini "Beşiktaş" qazandı
“Qarşıda hələ çox işimiz var” - Yuri Vernidub
Zaur Həşimov “Şəfa”nın məğlubiyyətini belə dəyərləndirdi
Rüfət oynadı, komandası uduzdu
“Borussiya”dan qələbə, “Bayern” xal itirdi
"Neftçi" "Şəfa"ya, "Sabah" "Zirə"yə qalib gəldi
Şeydayev “Soçi” ilə 3 xal qazandı
"Sabah"ın 5 qollu qələbəsindən - Video
Nuriyevin komandası səfərdə qalib gəldi
"ÇL-ə layiq olduğumuzu sübut etməliyik" - Coy Lens Mikels
“Bu oyundan pozitiv enerji ilə ayrılıram” - Rəşad Sadıqov
Nərimanın komandasından növbəti qələbə
Zerbinin "Tottenhem"i bu dəfə də qol vura bilmədi