Azərbaycanlı futbolçu Kamran Quliyev yeni klubu "Yonava"da (Litva) ilk oyununa çıxıb.
Qol.az-ın məlumatına görə, o, yerli "Daynava Alytus"la yoxlama görüşündə debüt edib. 18 yaşlı hücumameylli yarımmüdafiəçi komandasının 4:0 hesabı ilə qalib gəldiyi matçda dubla imza atıb. O, 57 və 84-cü dəqiqələrdə fərqlənib.
Qeyd edək ki, "Qəbələ" Futbol Akademiyasının yetirməsi K.Quliyev bu ay "Yonava"ya transfer olunub.
32 il sonra ilk dəfə...
Fərid Nəbiyev "İmişli"də
“Sabah”ın potensial rəqiblərinin oyununda kim qalib gəldi?
Dambrauskas: “Bizi çətin səfər gözləyir”
İsveçrə - Kolumbiya: Heyətlər
Argentina - Misir matçının ən yaxşısı seçildi
“Sabah” bizi yordu” - TNS-in baş məşqçisi
Messi iki rekorda imza atdı