"Sumqayıt" Superliqa klubuna qalib gəldi

"Sumqayıt" Superliqa klubuna qalib gəldi
XƏBƏR 25 İyul 2018 / 18:33 5540
-  A +

2018/2019 mövsümünə hazırlaşan "Sumqayıt" hazırlığın 2-ci mərhələsi üçün yollandığı Boluda bu gün növbəti yoxlama matçına çıxıb.

Qol.az-ın xəbərinə görə, Nazim Süleymanovun rəhbərlik etdiyi komanda Superliqa təmsilçisi "Yeni Malatyaspor"la üz-üzə gəlib.

Topuk Yaylası idman kompleksinin stadionunda keçirilən qarşılaşma "Sumqayıt" qələbəsi ilə başa çatıb - 3:1.

"Sumqayıt"ın heyətində Yusif Nəbiyev dubl edib. Digər qolu isə Əfran İsmayılov vurub.

Qeyd edək ki, "Sumqayıt" hazırlıq çərçivəsində daha əvvəl Qətərin "Əl-Şəhaniyə" klubu ilə heç-heçə edib (1:1), Türkiyə təmsilçisi "Alanyaspor"a isə 0:7 hesabı ilə uduzub.

Son xəbərlər