"Qarabağ"ın iki əsas oyunçusu zədələndi

"Qarabağ"ın iki əsas oyunçusu zədələndi
XƏBƏR 25 İyul 2018 / 17:47 8042
-  A +

"Qarabağ"ın yeni transferi Abdulla Zubir zədələnib.

Klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovun Qol.az-a verdiyi məlumata görə, dünən keçirilən məşqdə fransalı yarımmüdafiəçinin ayaq əzələsində ağrı yaranıb. O, məşqi yarımçıq tərk edib.

Zubirin Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin bu gün "Kukesi" ilə keçiriləcək ilk oyununda meydana çıxıb-çıxmayacağı bəlli deyil.

Ağdam klubunun haitili yarımmüdafiəçisi Donald Gerrye də zədəlidir. Onun da bugünkü oyunda iştirakı sual altındadır.

Xatırladaq ki, ispaniyalı yarımmüdafiəçi Dani Kintana da zədə səbəbindən "Kukesi" ilə görüşü buraxacaq.

Daha çox


Son xəbərlər