Neymar finala çıxdı – poker yarışında

Neymar finala çıxdı –  poker yarışında
XƏBƏR 25 İyul 2018 / 17:50 4409
-  A +

DÇ-2018 ilə 1/4 final mərhələsində vidalaşan Braziliya millisinin üzvü Neymar istirahətini vətənində davam etdirir.

Qol.az-ın xairici KİV-ə istinadən yaydığı xəbərə görə, boş vaxtlarında qumar oynayan 26 yaşlı hücumçu poker üzrə keçirilən turnirdə finala yüksəlib. 288 iştirakçı ilə başlayan yarışın həlledici mərhələsinə 8 iştirakçı vəsiqə qazanıb ki, onlardan da biri PSJ-nin forvardıdır.

Finala çıxmaqla 8120 avroluq mükafatı özü üçün təmin edən Neymar məbləği daha da artıra bilər. Əgər o poker çempionatında qalib gəlsə, 78 min avroya sahib çıxacaq.


Son xəbərlər