“Mövsüm başa çatdıqdan sonra “Kəpəz”dən ayrıldım. Mən birinci liqada çətinlik çəkərəm. Bunu həmişə demişəm. Komanda diviziona düşdüyü üçün yollarımızı ayırdıq”.
Bu sözləri Qol.az-a açıqlamasında “Kəpəz”in sabiq çalışdırıcısı Yunis Hüseynov deyib. Növbəti mövsümdən birinci divizionda çıxış edəcək Gəncə təmsilçisinə yeni baş məşqçi təyin olunub. Komandanı bundan sonra Etibar İbrahimov çalışdıracaq. Bu təyinata da münasibət bildirən Hüseynov yeni baş məşqçini tanımadığını söyləyib:
“Təyinatdan xəbərim var. Amma onunla yaxından tanışlığım yoxdur. Uğurlar arzu edirəm. Amma bu məşqçini tanımıram”.
Birinci divizionla əvəzedicilərin çempionatının birləşdirilməsi haqda da fikirlərini açıqlayan mütəxəssis limit məsələsini düzgün hesab etmir: “Yəqin ki, divizionda oynayan komanda azdır deyə əvəzedicilərin çempionatı ilə birləşdirildi. Saytlardan oxuduğuma görə, birinci divizionda cəmi 6 komanda qalıb. Bu vəziyyətdə çempionat keçirmək gülünc olardı. Mənə elə gəlir, çempionatları məcburiyyətdən birləşdirdilər ki, komanda sayı 14 olsun. Əgər əvəzedici komandaların Premyer Liqaya çıxışına qadağa qoyulubsa, deməli, bunun üçün yalnız divizionun 6 komandası mübarizə aparacaq. Mən həmişə demişəm ki, yaşla bağlı limiti ləğv etmək lazımdır. Yaxşı futbolçu 15 yaşında da oynayacaq, 18 yaşında da. Kimisi məcbur futbolçu etmək məcbur deyil. Düzdür, gənclərə şans vermək lazımdır. Biz də cavan olmuşuq, amma 16 yaşımızda əsas heyətdə oynamışıq. Bizi kimsə məcbur etməyib. Öz oyunumuzla buna nail olmuşuq. Futbolçunun qabında varsa, o, hər yaşda yaxşı oynayacaq. Elə futbolçu var ki, 25-26 yaşından sonra açılır. Onları məhv etmək olmaz. Futbolçunun 35 yaşa qədər ömrü olur. Belə çıxır ki, 25 yaşı olan kimi futbolu atmalıdır. Elə şey olar? Bir tərəfdən, 8 komandalı çempionatda heyətə düşə bilmirlər, digər tərəfdən aşağı dəstədə yaş limitinə “ilişirlər”. Belədə məcbur qalıb, futboldan uzaqlaşırlar”.
Bütün həyatını futbola həsr etdiyini söyləyən Y.Hüseynov hərdən bu sahədən uzaqlaşmaq istəyini də gizlətməyib: “Yenidən işləmək deyəndə, şükürlər olsun, hələ ki, sağlamam. 65-70 yaşım yoxdur, cavanam. Əlbəttə ki, işləmək fikrim var. Ömrümüzü futbola həsr etmişik. Başqa sənətim olsaydı, böyük məmnuniyyətlə o işlə məşğul olardım, futboldan bir az uzaqlaşardım. Amma əfsuslar olsun ki, futboldan başqa sənətim yoxdur. Zamanı gələr, işləyərik. Futboldan heç vaxt bezmərəm. Ömrüm futbola həsr olunub. Amma hərdən elə nüanslar olur ki, adam əsəbləşir. Bu isə insana ziyandır. Ona görə də əsəbiləşmək olmaz”.
Qeyd edək ki, Yunis Hüseynovun ötən mövsümün ortasında “Kəpəz”in sükanı arxasına keçsə də, komandanı aşağı dəstəyə düşməkdən xilas edə bilməyib.
Flikin "Barselona"sı Valverdenin rekorduna yaxınlaşır
Dörd gün ərzində iki qırmızı vərəqə aldı
"Real" futbolçularının milliyə çağırılmasına etiraz etdi
"Titullar meydanda qazanılır"
"Kristal Pelas"da Şon Dayç dövrü başlaya bilər
"Son oyunundan məmnun qalmadım, rotasiya etdik"
"Tottenhem"dən ağır məğlubiyyət
Səfər qadağası "Ayaks" azarkeşlərini dayandırmadı - Video
Nəriman ilk oyunundan paylaşım etdi - Şəkillər
Sonuncu pillədə yer alan klubda yeni baş məşqçi təyinatı
"Barselona" liderliyini möhkəmləndirdi
"Mançester Siti" final matçına itki ilə çıxacaq
Azərbaycan millisinin yekun heyəti açıqlandı
İrqçi təhqirlərə görə Premyer Liqa matçı dayandırıldı
"Barselona" futbolçularından sabiq ulduza ad günü jesti
Kökçünün komandası yenə uduzdu
Bakıya gələ bilməyən millinin baş məşqçisi istefa verdi
Tanınmış futbolçu karyerasını bitirdi
Emin Mahmudov Qurban Qurbanova çatdı
Mikels Nasimovun rekordunu təkrarladı
Mahir Emreli Miroslav Kloze ilə görüşdü - Şəkillər
Modriç "Top-5" liqalarında 2-ci oldu
665 gün sonra meydana qayıtdı
Yaxın Şərqdəki vəziyyətə görə Bakıya gələ bilməyəcəklər
Azərbaycan futzal millisinin heyəti açıqlandı
"Çelsi"nin böyük hesablı məğlubiyyəti - Video
Zamiq Əliyevin komandasından heç-heçə
Azərbaycanlı futbolçunun komandası 4 qolla qalib gəldi
"Liverpul" Salahı itirdi
“Bavariya” və “Borussiya”dan qələbə
Nəriman Axundzadə MLS-də debüt etdi
"Lion" heyətində çıxış etməyən oyunçu üçün cərimə ödəyəcək
Əllə oyun olsa da, hakim penalti təyin etmədi - Şəkil
Bundesliqa matçında 6 qol vuruldu, qalib bəlli olmadı
"Tottenhem" 5 penalti qaytaran qapıçıya göz dikdi
"Liverpul"dan 10 ildən sonrakı ilk antirekord
"Barselona" onunla sağollaşa bilər
"Turan Tovuz" "Qəbələ"ni belə məğlub etdi - Video
Ekitike sıradan çıxdı, milliyə qoşula bilməyəcək
"İddialı danışmaq üçün hələ çox tezdir" - Kurban Berdiyev