"Sabah" 3 futbolçu ilə müqavilə bağladı

"Sabah" 3 futbolçu ilə müqavilə bağladı
XƏBƏR 25 İyul 2018 / 16:25 2683
-  A +

Yeni mövsümdən Topaz Premyer Liqada çıxış edəcək “Sabah” daha 3 futbolçunun keçidini rəsmiləşdirib.

Qol.az-ın klubun Feysbuk səhifəsinə istinadən yaydığı xəbərə görə, müdafiəçi Ülvi İbazadə ilə 2, yarımmüdafiəçilər - Tərzin Cahangirov və Elgün Nəbiyevlə isə müvafiq olaraq 2 və 3 illik müqavilə bağlanıb.

Qeyd edək ki, Ülvi İbazadə son olaraq "Xəzər"də, Tərzin Cahangirov "Kəpəz"də, Elgün Nəbiyev isə "Zirə"də çıxış edib.

Son xəbərlər