Vida "Liverpul"a keçə bilər

Vida "Liverpul"a keçə bilər
XƏBƏR 25 İyul 2018 / 14:17 3372
-  A +

"Beşiktaş" futbolçusu Domaqoy Vidanı "Liverpul"a sata bilər.

Qol.az-ın "Fanatik"ə istinadən yaydığı xəbərə görə, Xorvatiya millisinin üzvü ilə 2+1 illik müqavilə imzalanacağı gözlənilir. İstanbul klubu DÇ-2018-dəki oyunu ilə diqqət çəkən futbolçunun transferindən yüksək məbləğdə gəlir əldə etmək istəyir.

"Beşiktaş"ın Vidanın adını Avropa Liqasının 2-ci təsnifat mərhələsində sabah "B36 Torshovn"la keçiriləcək oyunun iştirak ərizəsinə daxil etməməsi müdafiəçinin satılacağı ehtimalını artırıb.

Qeyd edək ki, 28 yaşlı futbolçu bu ilin yanvar ayından "Beşiktaş"da çıxış edir.

Son xəbərlər
topaz banner