"Mənə qarşı oynasaydın, səni məhv edərdim" - Deşamdan Mbappeyə

"Mənə qarşı oynasaydın, səni məhv edərdim" -  Deşamdan Mbappeyə
XƏBƏR 25 İyul 2018 / 13:53 5423
-  A +

Fransa millisinin baş məşqçisi Didye Deşam futbolçusu Kilian Mbappenin DÇ-2018-dəki çıxışı haqda danışıb.

Qol.az-ın xəbərinə görə, o, "Le Parisien"ə açıqlamasında gənc hücumçunun rəqiblər üçün arzuolunmaz futbolçu olduğunu deyib:

"Mbappe meydanda etdiyi driblinqlərlə, oyunu ilə rəqiblərini gözdən salırdı. O, ehtiyatlı olmalı idi. Heç bir futbolçu alçalmaq istəməz. Bir dəfə Mbappeyə dedim ki, bəxtin gətirib ki, mənə qarşı oynamamısan. Mən səni meydanda məhv edərdim. Və inan ki, yalnız sarı vərəqə ilə cəzalanardım".

Qeyd edək ki, Fransa millisinin sabiq üzvü olan Deşam dayaq yarımmüdafiəçisi mövqeyində oynayıb.

Xatırladaq ki, Fransa millisi ilə DÇ-2018-in qalibi olan 19 yaşlı forvard  turnirin ən yaxşı gənc futbolçusu seçilib.

Son xəbərlər