19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandası yoxlama oyunu keçirib.
Qol.az-ın AFFA-nın MOİK-lə qarşılaşan U-19 2:1 hesabı ilə qələbə qazanıb. Yığmanın qollarını Emil Qasımov və Elcan Hafizli vurub.
Oyundan sonra U-19-un baş məşqçisi Vüqar Məmməd fikirlərini bildirib:
“Təcrübəli futbolçulardan qurulmuş komandaya qarşı oynadıq. Qarşılaşmada sürət yüksək idi. Futbolçuların hamısı meydana çıxmaq şansı qazandı. Bizim üçün çox ağır oyun olsa da, qələbə qazandıq. Komandamı bu münasibətlə təbrik edirəm. Futbolçular meydanda çox çalışdılar. Ancaq razı qalmadığım nüanslar da oldu. Hər oyunda futbolçuların qarşısında müdafiədə diqqətli oynayaraq, hücumda daha dəqiq olmaları tələbini qoyuruq. Nöqsanlar üzərində səylə çalışaraq, oyundan-oyuna səhvləri minimuma endirməliyik”.
32 il sonra ilk dəfə...
Fərid Nəbiyev "İmişli"də
“Sabah”ın potensial rəqiblərinin oyununda kim qalib gəldi?
Dambrauskas: “Bizi çətin səfər gözləyir”
İsveçrə - Kolumbiya: Heyətlər
Argentina - Misir matçının ən yaxşısı seçildi
“Sabah” bizi yordu” - TNS-in baş məşqçisi
Messi iki rekorda imza atdı
“Sabah” ÇL-dəki debütündə qələbə qazandı
"Şəfa"nın hazırlıq planı dəyişdi
İlk təklif rədd edildi, "Qalatasaray" məbləği artırdı