“Qəbələ” 2018/19 mövsümünün hazırlıqlarının sonuncu mərhələsinə start verib.
Qol.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, bu gün Bakıda bir araya gələn “qırmızı-qaralar” məşq prosesini paytaxtda gerçəkləşdirib.
Günün ikinci yarısına təsadüf edən hazırlıq “Bakı” FK-nın təlim-məşq bazasında baş tutub. Baş məşqçi Sənan Qurbanovun rəhbərliyi altında keçən məşqdə futbolçular öncə fiziki çalışmaları yerinə yetirib, ardınca toplu hərəkətləri icra edib. UEFA Avropa Liqasının I təsnifat mərhələsinin “Proqres”lə oyununda zədələnən Vojislav Stankoviç fərdi hazırlıq keçib.
32 il sonra ilk dəfə...
Fərid Nəbiyev "İmişli"də
“Sabah”ın potensial rəqiblərinin oyununda kim qalib gəldi?
Dambrauskas: “Bizi çətin səfər gözləyir”
İsveçrə - Kolumbiya: Heyətlər
Argentina - Misir matçının ən yaxşısı seçildi
“Sabah” bizi yordu” - TNS-in baş məşqçisi
Messi iki rekorda imza atdı
“Sabah” ÇL-dəki debütündə qələbə qazandı
"Şəfa"nın hazırlıq planı dəyişdi
İlk təklif rədd edildi, "Qalatasaray" məbləği artırdı