Sabiq legionerləri “Qarabağ”ı ziyarət etdi – Şəkil

Sabiq legionerləri “Qarabağ”ı ziyarət etdi –  Şəkil
XƏBƏR 24 İyul 2018 / 22:19 8193
-  A +

“Qarabağ”ın sabiq futbolçuları Admir Teli və Nderim Nedzipi Ağdam klubunu ziyarət edib.

Qol.az-ın klubun Feysbuk səhifəsinə istinadən yaydığı xəbərə görə, futbolçular “Qarabağ”ın Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin “Kukesi” ilə ilk oyunu öncəsi Albaniyadakı məşqi zamanı komandaya baş çəkib.

Qeyd edək ki, makedoniyalı Nedzipi “Kukesi”nin idman direktorudur. Albaniyalı Admir Teli 2009-2015, Nedzipi isə 2011-2012-ci illərdə “Qarabağ”da çıxış edib.


Son xəbərlər