Enrike debüt etdi, Almeyda cəzalandı - "Astana"dan qələbə

Enrike debüt etdi, Almeyda cəzalandı -  "Astana"dan qələbə
XƏBƏR 24 İyul 2018 / 20:00 8208
-  A +

Millimizin üzvü, “Qarabağ”ın sabiq futbolçusu Riçard Almeyda Qazaxıstanın “Astana” klubunda növbəti oyununu keçirib.

Qol.az-ın xəbərinə görə, braziliyalı yarımmüdafiəçi Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin “Mityulland”la ilk görüşündə iştirak edib.

Almeyda matçın 76-cı dəqiqəsində meydana daxil olub. O, 81-ci dəqiqə sarı vərəqə almaqla fərqlənib.
“Qarabağ”ın digər sabiq futbolçusu Pedro Enrike isə “Astana”da debüt edib. Matçın start heyətində meydana çıxan braziliyalı yarımmüdafiəçi 85-ci dəqiqədə əvəzlənib.

Qeyd edək ki, qarşılaşma "Qəbələ"nin sabiq baş məşqçisi Roman Qriqorçukun çalışdırdığı “Astana”nın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Son xəbərlər