Çempionlar Liqasıın ikinci təsnifat mərhələsində "Qarabağ"ın rəqibi - Albaniyanın “Kukesi” klubunun müdafiəçisi Simon Rrumbullaku qarşıdakı oyunlarla bağlı fikirlərini açıqlayıb.
Qol.az-ın xəbərinə görə, ölkəsinin mətbuatına danışan futbolçu qeyd edib ki, “Qarabağ” kimi yüksək səviyyəli komanda ilə qarşılaşmaq yaxşıdır: “Qarabağ” güclü komanda olsa da, məqsədimiz mərhələ adlamaqdır”.
O bildirib ki, "Qarabağ" Avropanın tanınmış klublarındandır: "Belə rəqibə qarşı psixoloji cəhətdən daha yaxşı hazırlaşa bilirsən. Bundan əvvəlki rəqibimiz Malta “Valletta”sı bizə rəqib olanda onları asanlıqla keçəcəyimizi düşünürdük. Ancaq belə olmadı. Bizi çox ağır oyunlar gözləyir. Çünki “Qarabağ” çox güclüdür. Buna baxmayaraq, mərhələ adlamaq üçün əlimizdən gələni edəcəyik”.
Qeyd edək ki, “Qarabağ”la “Kukesi” arasında ilk oyun iyulun 25-də Albaniyada, cavab qarşılaşması avqustun 1-i Bakıda keçiriləcək.
32 il sonra ilk dəfə...
Fərid Nəbiyev "İmişli"də
“Sabah”ın potensial rəqiblərinin oyununda kim qalib gəldi?
Dambrauskas: “Bizi çətin səfər gözləyir”
İsveçrə - Kolumbiya: Heyətlər
Argentina - Misir matçının ən yaxşısı seçildi
“Sabah” bizi yordu” - TNS-in baş məşqçisi
Messi iki rekorda imza atdı
“Sabah” ÇL-dəki debütündə qələbə qazandı
"Şəfa"nın hazırlıq planı dəyişdi
İlk təklif rədd edildi, "Qalatasaray" məbləği artırdı
"Real"ın zədəli futbolçusundan xəbər var
Messidən gözlənilməz antirekord
Luis Enrike göz yaşlarını saxlaya bilmədi - Video
“İmişli”də yeni məşqçi təyinatı