"Avroliqada 3 klubumuz biabırçı nəticələrlə üzləşdi. Gözlənilirdi. Bu göstəricilər Azərbaycan futbolunun mövcud durumunun aynasıdır, təsadüfi nəticələr deyil".
Bu sözləri Qol.az-a açıqlamasında "Neftçi"nin sabiq vitse-prezidenti Tahir Süleymanov deyib.
"Neftçi"nin ötən gün Avropa Liqasının 1-ci təsnifat mərhələsinin cavab matçında Macarıstanın "Uypeşt" klubuna biabrçı (0:4) məğlubiyyətinə münasibət bildirən keçmiş FİFA referisi klub rəhbərliyini səriştəsizlikdə günahlandırıb:
"Qəbələ", "Keşlə" zəif "cırtdan" ölkələrin klubları ilə bacarmadı. "Neftçi"nin vəziyyəti isə tam fərqlidir. Bir var "qəza", bir var "zirzəmi". Qəza hər bir klubun başına gələ bilər. Flaqmanın Budapeşt faciəsi qəza deyil, illərdi "Neftçi"ni idarə edənlərin təfəkkür zirzəmisidir. Dörd ilə yaxındır proses davam edir. Qısa müddətdə klubda prezident, vitse-prezident, direktor, menecer, baş məşqçi, köməkçilər, legioner, yerli futbolçularını əlcək kimi dəyişdirilməsilə "Neftçi" tək Azərbaycanda yox, Avropada "rekord"lar vurur. Bunlar futbolu dərindən bilməməyin, kadr islahatlarının bacarığa görə deyil, dost, tanış prinsipi ilə aparılmasının nəticəsidir. "Neftçi" yükünü dərk etməyənlər klubda artıq illərdi "dəllək"liklə məşğudurlar. Onlara nə futbol, nə də ki, "Neftçi" lazımdır. Şəxsi maraqlar daha üstündür. Ən pisi isə, "Neftçi" kiminsə şəxsi vəsaiti hesabına maliyyələşmir, dövlətin, xalqın puludur. Cəzasızlıq, işi bilməmək o həddə çatıb ki, azarkeşlərin hissləri ilə oynayaraq xalqın pulunu istədikləri kimi istədikləri yerə xərcləyirlər.
Növbəti, "ənənə" halını almış dəyişiklərdən sonra 3-4 ay idi "Neftçi" adına dəstəyimizi əsirgəmirdik. Kluba təzyiq olmasın deyə səbr göstərirdik. Təəssüf ki, atılan addımlar tam fərqli idi.
Uzun illərdən sonra birtəhər 3-cü yeri çətinliklə təmin etdikdən sonra baş məşqçi ilə yollar ayrıldı. 10 ildən sonra yüksək müqavilə şərtləri ilə əcnəbi məşqçi gətirildi. Vaxtilə Gedeni gətirənlərin əcnəbi sevgisi tükənməzdir. Bununla da rəhbərlik nəticələrlə bağlı tam məsuliyyəti öz üzərinə götürdü. Artıq hiss olunurdu ki, klub düz yolda deyil.
"Neftçi" tarixi ənənələrinə, öz oyun dəst-xəttinə malik komandadır. Əcnəbi məşqçi seçiminə nəzər yetirdikdə, görünürdü ki, pərakəndəlik var, rəhbərlik "Neftçi" ağırlığını dərk etmir. İtalyan Bordin gələr-gəlməz "hücuma" keçərək transferlərlə məşğul olmadığını, bununla bağlı Kamran Quliyev, Ceyhun Sultanov cütlüyünü nişan verdi. Baş məşqçi hücumu "Neftçi"nin adına layiq yaşıl meydanda etməliydi. Macarıstan oyunu göstərdi ki, heç müdafiə olunmağı da bacarmır.
Komanda çox bərbad vəziyyətdə komlektləşib. Avropanı gəzib dolaşandan sonra Yeni Zellandiyadan futbolçulara möhtac olmaq klubda seleksiya, ümumiyyətlə, futbol idarəçiliyinin necə bərbad olduğunun əyani göstəricisidir. Gətirilən legionerlərin 90 faizi nə "Neftçi" səviyyəsində, nə də ənənəvi oyun üslubuna uyğundur.
Acınacaqlı məğlubiyyətdən sonra bəhanələr axtarılır. Petrov taktikanın uyğun gəlmədiyindən danışır. Futbolçu əgər ictimaiyyətə taktikadan dəm vurursa, deməli, ya klubda baş məşqçi yoxdur, ya da sifarişlə danışır. Futbolçunun vəzifəsi meydanda futbol oynamaq, nəticələri təmin etməkdir.
Klub prezidenti isə Bordinin tərəfindədir. Başqa cür ola da bilməz. Zəmanətli 2 illik müqavilə və özlərinin dəstək verdiyi baş məşqçi, onun hesabına Azərbaycan futbolunda "Şerif"lik etmək iddiası... Hələ ki, "uçastkovı"lıq edə bilmirlər. Məsuliyyət ilk növbədə rəhbərliyin üzərindədir, sonra Bordinin. İtalyan öz ayağı ilə "Neftçi"yə gəlməyib, ayağına düşülüb gətirilib.
Oyundan öncə "futbolçuların gözləri yanırdı", oyundan sonra "arxayınlıq, psixoloji durum yerində deyildi" fikirləri klubun özünün, rəhbərlikdən tutmuş məşqçi, futbolçulara qədər hansı psixoloji durumda, idarəçiliyin nə vəziyyətdə olduğunun göstəricisidir.
İlk oyundan sonra mükafat paylamaq istəyən rəhbərliyin məşqçi, futbolçuların psixoloji durumu hansı səviyyədə olmalıydı ki?!
"Neftçi" "qəza"ya düşməyib, "Neftçi" 3-4 ildir "zirzəmi"dədir. Nə vaxta kimi tarixi kluba şəxsi maraqlar çərçivəsində baxılacaq, belə də davam edəcək".
Flikin "Barselona"sı Valverdenin rekorduna yaxınlaşır
Dörd gün ərzində iki qırmızı vərəqə aldı
"Real" futbolçularının milliyə çağırılmasına etiraz etdi
"Titullar meydanda qazanılır"
"Kristal Pelas"da Şon Dayç dövrü başlaya bilər
"Son oyunundan məmnun qalmadım, rotasiya etdik"
"Tottenhem"dən ağır məğlubiyyət
Səfər qadağası "Ayaks" azarkeşlərini dayandırmadı - Video
Nəriman ilk oyunundan paylaşım etdi - Şəkillər
Sonuncu pillədə yer alan klubda yeni baş məşqçi təyinatı
"Barselona" liderliyini möhkəmləndirdi
"Mançester Siti" final matçına itki ilə çıxacaq
Azərbaycan millisinin yekun heyəti açıqlandı
İrqçi təhqirlərə görə Premyer Liqa matçı dayandırıldı
"Barselona" futbolçularından sabiq ulduza ad günü jesti
Kökçünün komandası yenə uduzdu
Bakıya gələ bilməyən millinin baş məşqçisi istefa verdi
Tanınmış futbolçu karyerasını bitirdi
Emin Mahmudov Qurban Qurbanova çatdı
Mikels Nasimovun rekordunu təkrarladı
Mahir Emreli Miroslav Kloze ilə görüşdü - Şəkillər
Modriç "Top-5" liqalarında 2-ci oldu
665 gün sonra meydana qayıtdı
Yaxın Şərqdəki vəziyyətə görə Bakıya gələ bilməyəcəklər
Azərbaycan futzal millisinin heyəti açıqlandı
"Çelsi"nin böyük hesablı məğlubiyyəti - Video
Zamiq Əliyevin komandasından heç-heçə
Azərbaycanlı futbolçunun komandası 4 qolla qalib gəldi
"Liverpul" Salahı itirdi
“Bavariya” və “Borussiya”dan qələbə
Nəriman Axundzadə MLS-də debüt etdi
"Lion" heyətində çıxış etməyən oyunçu üçün cərimə ödəyəcək
Əllə oyun olsa da, hakim penalti təyin etmədi - Şəkil
Bundesliqa matçında 6 qol vuruldu, qalib bəlli olmadı
"Tottenhem" 5 penalti qaytaran qapıçıya göz dikdi
"Liverpul"dan 10 ildən sonrakı ilk antirekord
"Barselona" onunla sağollaşa bilər
"Turan Tovuz" "Qəbələ"ni belə məğlub etdi - Video
Ekitike sıradan çıxdı, milliyə qoşula bilməyəcək
"İddialı danışmaq üçün hələ çox tezdir" - Kurban Berdiyev