“Neftçi” klubunun sabiq məşqçisi Kamal Quliyev Qol.az-a müsahibə verib. Dünən klublarımızın avrokuboklardakı fiaskosundan danışan mütəxəssis xüsusi ilə “ağ-qaralar”ı və onun rəhbərliyini sərt tənqid edib.
- Dünən avrokuboklarda çıxış edən hər 3 təmsilçimiz turnirdə mübarizəni dayandırdı. Əvvəlcə sabiq klubunuz “Neftçi”dən başlayaq. Paytaxt təmsilçisinin 3:1-in revanşında 0:4 hesabı ilə uduzub Avroliqa ilə vidalaşmasına nə ad vermək olar?
- Nə deyə bilərəm? Sadəcə, biabırçılıq idi. Bakıdakı qələbədən sonra yazı yazdım ki, 3:1 hesabı hələ mərhələni adlamaq deyil. Şansları soruşdular, dedim 50/50-yədir. Bu oyunda baş məşqçinin işi göründü. Orada “Neftçi”nin U-19 komandasının çalışdırıcısı Mirbağır İsayev və ya əvəzedici heyətin baş məşqçisi Mahmud Qurbanov olsaydı, inandırım sizi ki, “Neftçi” bu mərhələni adlayacaqdı. Bunu sidq ürəklə deyirəm.
- Yəni, deyirsiniz ki, hər şey sırf Roberto Bordinin səriştəsizliyi ucbatından oldu?
- Əlbəttə ki. Burada bir nömrəli günahkar baş məşqçidir. Onun oyuna çıxardığı heyəti, komandanın taktiki düzülüşü nəticəyə birbaşa təsir etdi. Bu da onların cavabı. İndi getsinlər, şellənsinlər.
- İstənilən halda nəticəyə görə baş məşqçi məsuliyyət daşıyır. Amma nəzərə alaq ki, Bordini “Neftçi”yə hazırkı rəhbərlik gətirib...
- Bordini gətirən də elə onun kimi futbol savadı olmayan klub rəhbəridir. Savadları, idarəçilikləri üst-üstə düşür deyə onu gətiriblər. Çünki komandanı tapşırdığın məşqçi ilə rəhbərliyin fikri eyni olmalıdır, eyni nöqtəyə vurmalıdırlar. Bu da nəticəsi. “Neftçi” kimi bir komanda üçün bu ayıbdır. Bakıda 3:1 hesabı ilə qalib gəldiyin oyunu necə uduza bilərsən? O komandanı bizim ən səriştəsiz məşqçilərimizə versəydin, Macarıstandan qalib kimi qayıdardı. Özü də çox asanlıqla.
- “Neftçi” bu mövsüm üçün qarşısına kifayət qədər yüksək hədəflər qoyub. Amma artıq onlardan biri alınmadı - Avroliqa ilə vidalaşdılar. Sizcə, bu komanda ilə, bu baş məşqçi ilə digər hədəf olan ölkə çempionluğunu qazana biləcəklər?
- Xeyr. “Neftçi” üçün indiki vəziyyətdə çempionluq mümkün deyil. Bunu mən ordan çıxmışam deyə demirəm. “Neftçi” mənim ürəyimdir, həyatımdır. O insanlar var ki, heç “Neftçi”də işləməyiblər, amma yalandan deyirlər, biz “Neftçi”liyik, kənardan azarkeşlik etmişik. “Neftçi”nin nə demək olduğunu bilmək üçün onun içində olub, bu hissləri yaşamaq lazım idi. İndi gəlib “Neftçi”nin rəhbərliyində oturub, boş-boş danışmaqla deyil. İngilis bayrağı kimi fırlanırlar. Amma həqiqətən mənim ürəyim ağrıyır. Çünki bu klubda 8 illik əziyyətim olub. Ölkə xaricində oynamağa da bu komandadan getmişəm. Elə başa düşülməsin ki, mən “Neftçi”dən çıxmışam deyə onu tənqid edirəm. Yox, sadəcə, bu mənim yandığımdan irəli gəlir. 3:1-dən sonra komandanın başında olsaydım, mərhələ adlatdırardım. Hansısa italyan, fransız kimi aciz duruma düşməzdim. Yaxud da bayaq adlarını çəkdiyim Mirbağır İsayev, Mahmud Qurbanov, hətta akademiyadan bir məşqçi olsaydı, turu keçərdi. Ayıbdır, bu, biabırçılıqdır. 3:1-dən sonra 0:4 uduzmağın başqa adı yoxdur. Bordinin yerinə olsaydım, şəxsən özüm istefa ərizəmi yazıb, komandanı tərk edərdim. Çünki onu qarşıda hələ çox biabırçılıqlar gözləyir.
- Yeni rəhbərliyin gəlişindən sonra “Neftçi”nin büdcəsi artırıldı, transferlərə kifayət qədər xərc çəkildi. Ancaq bunun qarşılığında komanda Avroliqanın birinci mərhələsindəcə mübarizəni dayandırdı. Sizcə, rəhbərlik bu uğursuzluqdan sonra nə etməlidir?
- Əvvəlcə onlara sual vermək lazımdır ki, artırılan büdcə nəyə istiqamətləndiriləcək. Yeni, səviyyəli futbolçuların alınmasına, uşaq futboluna, yoxsa infrastruktura? Bunu açıqlasalar, biz onların paylarını verərik. Desələr ki, yeni oyunçulara, transferləri göz qabağındadı, gözlərinə girsin. Bir transfer ki, komandanı Avroliqanın birinci təsnifat mərhələsindən ikinci tura daşıya bilmirsə, onları göndərmək lazımdır.
- Bəs “Qəbələ” və “Keşlə”nin çıxışı haqda nə deyə bilərsiniz?
- Onlar ən azından qalib gəldilər. Bu komandalarda gedən prosesləri başa düşmək olar. Birində oyundan əvvəl baş məşqçi istefaya göndərildi. Bir ordu necə rəhbərsiz qala bilər? “Keşlə” yiyəsiz, başsız qaldı. Baş məşqçi komandaya bir tapşırıq verirdi, klub rəhbərliyi bir başqa tapşırıq. “Qəbələ”də isə vəziyyət bir qədər fərqlidir. Sənan Qurbanov bu işdə yenidir. Digər klublar məndən inciməsin, “Qəbələ” Azərbaycanda ən düzgün işləyən komandalardan biridir. İnanıram ki, onlar yavaş-yavaş Sənan Qurbanovla yaxşı nəticələr əldə edəcəklər. Ancaq Azərbaycan klublarının ilkin təsnifat mərhələsində mübarizəni dayandırması futbolumuz adına heç də yaxşı hal deyil. Bu qədər uğurlardan sonra belə acı nəticələr almaq çox pisdir. Xərclənən pulların qarşılığında bu nəticələr biabırçılıqdır.
Elnur SALAHOV
"İnter"dən darmadağın
Mbappe bu mövsümün sonunda PSJ-dən ayrılacaq - Rəsmi
"Neftçi"nin məşqçisi: "Məncə, bacaracağıq"
"Neftçi" - "Kəpəz" oyununda vurulan qollar - Video
"Çox danışılası bir şey yoxdur" - Adil Şükürov
"Neftçi" "Kəpəz"i darmadağın etdi
Poçetitnodan gələcəyi ilə bağlı açıqlama
ÇL-də həftənin ən yaxşı futbolçusu odur
"Neftçi" - "Kəpəz": Heyətlər
Futzal üzrə Çempionlar Liqasının yeni formatı bilindi
Birinci liqada oyunların vaxtı açqlandı
Mövsümü başa vurdu, Avro-2024-ü də buraxa bilər
"Biz hər cür araşdırmaya açığıq" - Klub prezidenti
Avro-2024-ün rəsmi mahnısı təqdim olundu - Video
Budaq Nəsirov 4 oyunluq cəzalandı
"Belə halların yaşanması qəbuledilməzdir" - AFFA rəsmisi
AFFA Gəncədəki dava ilə bağlı qərar verib
“Gəlin, bu lənətə gəlmiş kuboku götürün”
"Kəpəz" "Neftçi" ilə oyuna 8 itki ilə çıxacaq
Avroliqada həftənin ən yaxşısı adına 2 namizəd
Misli Premyer Liqasında 34-cü turun hakimləri açıqlandı
ETOPAZ-dan Ulu Öndər Heydər Əliyevlə bağlı paylaşım - Video
"Şamaxı"nın vacib qələbəsi - Video
"Atalanta"nı finala yüksəldən qələbə - Video
Mərkəzi oyunda qalib aşkarlanmadı - Video
Danimarka kubokunun qalibi müəyyənləşdi
“Neftçi” “Kəpəz” önünə itkilərlə çıxacaq
Avroliqada finalçılar müəyyənləşdi
"Olimpiakos" Yunanıstandakı finala vəsiqə qazandı
MOİK-dən 5 qollu qələbə - Video
Azərbaycan boksçuları Tailandda hazırlıq keçəcəklər
"Bu, Azərbaycan xalqının qələbəsidir" - Rafiq Hüseynov
Deyvis "Real"la danışıq aparır
110 illik fasilədən sonra kuboku qazandılar
"Arsenal" Jorjinyo ilə müqaviləni uzatdı
"İmişli" - "Qaradağ-Lökbatan" matçında insident
"Turan Tovuz" azarkeşlərə müraciət etdi