“Mürəkkəb komandaya qarşı oynadıq. Çətin oyun oldu. Növbəti mərhələyə adlamaq üçün qol buraxmamalıydıq”.
Qol.az-ın məlumatına görə, bu sözləri Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində “Olimpiya” ilə cavab oyunundan sonra “Qarabağ”ın yarımmüdafiəçisi Abdulla Zubir deyib. Ağdam klubu doğma meydanda qolsuz heç-heçə edərək adını növbəti mərhələyə yazdırıb. Oyunla bağlı fikirlərini açıqlayan futbolçu bu mərhələ üçün qarşıya qoyulan hədəfə çatdıqlarını bildirib:
“İlk hissədə topa nəzarət bizdə olsa da, çətin idi. Rəqib topu ələ keçirən kimi qapımıza doğru gəlirdi. Əsas odur ki, istəyimizə çatdıq. Qol buraxmadıq və növbəti mərhələyə adladıq”.
“Qarabağ”ın heyətində Bakıda ilk oyununu keçirən Zubir stadiondakı ab-havadan razı qalıb: “Hər şeydən çox razı qaldım. Bakıda keçirdiyim ilk oyun məndə xoş təəssüratlar oyatdı. Stadiondakı ab-hava, azarkeşlər, bir sözlə hər şey möhtəşəm idi. Onlar daim bizi irəli səsləyirdilər. Ümumi ab-hava çox xoşuma gəldi. “Qarabağ”da oynadığım üçün xoşbəxtəm”.
Oyun ərzində fəallığı ilə seçilən fransız yarımmüdafiəçi bəzi epizodlarda zərbə vurmaq əvəzinə, driblinq etməyə üstünlük verirdi. Zubir bunun əvvəllər futzalla məşğul olması ilə bağlı olmadığını söyləyib: “Futbola futzaldan gəldiyim doğrudur. Amma zərbə vurmaq üçün həmişə əlverişli məqam olmur. Bunun üçün qabağında boşluq olmalıdır. Amma istənilən halda, meydanda əlimdən gələnin ən yaxşısını etməyə çalışıram”.
“Qarabağ” 2-ci təsnifat mərhələsində Albaniyanın “Kukesi” klubu ilə qarşılaşacaq. Təcrübəli futbolçu həmin oyunlara da qələbə üçün çıxacaqlarını vurğulayıb: “İstənilən oyuna qələbə üçün çıxırıq. Bizə növbəti mərhələyə adlamaq üçün yaxşı nəticə lazımdır. “Kukesi” ilə matçda da meydana bunun üçün çıxacağıq”.
Qurbanovdan Koxalskinin gedişi barədə: "Hələlik rəsmi..."
"Qarabağ"a qarşı oyunumuz növbəti matçlar üçün stimuldur"
"Qarabağ"ın qələbəsindən - Video
Azərbaycan millisi Gürcüstana məğlub oldu
Tovuzda vurulan 3 qol - Video
Emreli oynadı, komandası uduzdu
Acun Ilıcalının komandası bu göstəricidə hamını geridə qoydu
Millimizin üzvü Kosovada het-trik etdi
Messinin rekorduna şərik oldu
Koxalski son dəfə Respublika Stadionunda - Video
PSV ilə oyunda zədələndi, xəstəxanaya aparıldı
Cəlal oynadı, komandası qalib gəldi
“Qarabağ” - “Araz-Naxçıvan” matçının heyətləri açıqlandı
“Mançester Yunayted” “Sabah”la oyundan əvvəl xal itirdi
39 yaşlı Ceymi Vardi İngiltərə çempionatına qayıtdı
Ronaldonun "casusluğu" gündəm oldu - Şəkil
Luis Enrikenin maaşı artırıldı
Osimhen sıradan çıxdı
“Turan Tovuz” - “Sumqayıt”: Heyətlər
Azarkeşlə dalaşdı, cəzalana bilər
Aziz Yıldırım Prezident İlham Əliyevlə görüşdü - Şəkillər
Əlcəzair millisində yeni baş məşqçi
Krivotsyukun komandası darmadağınla qalib gəldi
"Qarabağ"ın sabiq futbolçusu istefa verdi
Azərbaycan millisinin qapıçısı bu kluba keçdi
Vinisius Mourinyoya məhəl qoymadı - Şəkil
İstanbul derbisində ölüm
Nani cüdo fəndi ilə rəqibini yerə sərdi - Video
Tramp DÇ-2026-nın ABŞ-a qazandırdığı məbləği açıqladı
"Neftçi" - "Şəfa" matçındakı 5 qol - Video
İstanbul derbisini "Beşiktaş" qazandı
“Qarşıda hələ çox işimiz var” - Yuri Vernidub
Zaur Həşimov “Şəfa”nın məğlubiyyətini belə dəyərləndirdi
Rüfət oynadı, komandası uduzdu
“Borussiya”dan qələbə, “Bayern” xal itirdi
"Neftçi" "Şəfa"ya, "Sabah" "Zirə"yə qalib gəldi
Şeydayev “Soçi” ilə 3 xal qazandı
"Sabah"ın 5 qollu qələbəsindən - Video
Nuriyevin komandası səfərdə qalib gəldi
"ÇL-ə layiq olduğumuzu sübut etməliyik" - Coy Lens Mikels