Azərbaycanlı hakim Avropa çempionatının oyununda

Azərbaycanlı hakim Avropa çempionatının oyununda
XƏBƏR 17 İyul 2018 / 14:02 2517
-  A +

Azərbaycanlı hakim Xəyalə Əzizzadə İsveçrədə 19 yaşadək qızlardan ibarət futbolçular arasında keçiriləcək Avropa çempionatında oyunlarına ilk təyinatını alıb.

Qol.az-ın UEFA-nın saytına istinadən yaydığı xəbərə görə, beynəlxalq dərəcəli hakim B qrupunun Hollandiya - İtaliya görüşünün yan xətt hakimi olacaq.

Qeyd edək ki, Hollandiya - İtaliya matçı iyulun 18-i Bakı vaxtı ilə saat 20:15-də başlayacaq.


Qarabağ FK
Son xəbərlər
22.11.26  14:07

PSJ-də şok itki

topaz banner