Sampaoli Argentina millisindən qovuldu

Sampaoli Argentina millisindən qovuldu
XƏBƏR 16 İyul 2018 / 02:12 3166
-  A +

Xorxe Sampaolinin Argentina millisinin baş məşqçisi vəzifəsindən uzaqlaşdırılıb.

Qol.az-ın Argentina Futbol Assosiasiyasının rəsmi saytına istinadən yaydığı xəbərə görə, tərəflər qarşılıqlı razılıq əsasında müqaviləni pozublar. Sampaoli ilə yanaşı, onun köməkçilərinin də fəaliyyətinə son verilib.

Qeyd edək ki, Argentina millisi DÇ-2018-də mübarizəni 1/8 finalda dayandırıb. Sampaoli 2 milyon dollar həcmində kompensasiya alacaq.

 


Son xəbərlər
04.05.24  17:51

"Arsenal"dan qələbə

03.05.24  17:16

Bir dövrün sonu