"Proqres"in baş məşqçisi Paolo Amodio Avropa Liqasının I təsnifat mərhələsində qarşılaşacaqları "Qəbələ" ilə oyundan öncə mətbuat konfransı keçirib. Qol.az-ın məlumatına görə, o, jurnalistlərin suallarını cavablandırıb:
- Özünüzü Qəbələdə necə hiss edirsiniz?
-Yeməklərinizi bəyəndiyim üçün mənə heç bir problem yoxdur. Avrokuboklarda bütün oyunlar vacibdir. Mərhələ keçmək üçün çalışacağıq.
- Əsas hücumçunuz Karapetyan Qəbələyə gəlməyib. O da gəlməməyinin səbəbini türk futbolçunuz Mətinlə əlaqələndirib. Mətin ona nə deyib?
Bu sualı Lüksemburq təmsilçisinin idman direktoru Tomas Jiljeman cavablandırıb.
- Bu çox həssas mövzudur. Ona görə də özüm cavab vermək istəyirəm. Sizə, azarkeşlərə hörmət əlaməti olaraq ötən mövsüm 59 qol vuran erməni futbolçumuzu bura gətirmədik. Bu sırf hörmət və feyr-pleylə bağlı məsələdir.
- Ötən il "Reyncers”i mübarizədən kənarlaşdırmışdınız. Şotlandiya klubu ilə "Qəbələ” arasında nə fərq var? Hansı daha çətin rəqibdir?
- "Reyncers” daha məşhur komanda ola bilər. Amma biz bura mərhələ adlamaq üçün gəlmişik. Bunun üçün nə lazımdırsa, edəcəyik.
- Özünüzə çox əminsiniz. "Proqres”in "Qəbələ”dən hansı üstünlükləri var?
- Biz özümüzə inanmasaydıq, bura gəlməzdik, oyuna çıxmazdıq. "Qəbələ”nin necə komanda olduğunu da bilirik. Amma yenidən tarix yazmaq istəyiriksə, burada 18 döyüşçünün olması vacibdir. "Qəbələ”nin heyətində çox dəyişikliklər olub. Baş məşqçi və bir çox futbolçular komandadan gedib.
- Bu sizin şanslarınızı artırır?
- Hər rəqibə hörmətlə yanaşırıq. Baş məşqçi və bir neçə yaxşı oyunçularının getdiyini bilirik. Amma bununla belə icarədə olan oyunçularının komandaya dönməsini, bir yarımmüdafiəçi, bir yaxşı hücumçu aldıqlarını da bilirik. Onlar favoritdir. Lakin bizim də şansımız var. 24 saatlıq yolu rəqibi izləməyə görə gəlməmişik (Report).
2-ci liqada son 2 oyun
“Çelsi” Alonsoya şans verəcək
“Mançester Yunayted”ə qayıda bilər
Musiala məşqdə yenə huşunu itirdi
Renat Dadaşovun komandasından qələbə
Premyer Liqada yeni tamaşaçı rekordu
“Avrokuboklara vəsiqə qazansaq...” - Azər Məmmədov
“Kəpəz” - “Qarabağ” matçından - Video
Nəriman Axundzadə bu dəfə də ehtiyatda qaldı
“İmişli”nin baş məşqçisi təyin edildi
"Kəpəz" - "Qarabağ" matçında heç-heçə, "Neftçi"dən qələbə
Mahir oynadı, komandası qalib gəldi
“Neftçi”ni liderliyə yüksəldən qələbəsindən - Video
Gəncədəki qarşılaşmaya Mehman Allahverdiyev start verdi
Maksimov “Neftçi”yə məğlubiyyətdən danışdı
2-ci liqada həftənin hakimləri məlum oldu
"Kəpəz" - "Qarabağ": Heyətlər açıqlandı
Poçettinodan köməkçilərinə ingilis dili tələbi
PSJ-də şok itki
"Araz-Naxçıvan" - "Neftçi": Heyətlər açıqlandı
9-cu dəfə Braziliya çempionu oldular
Paredes müsahibə zamanı huşunu itirdi
Daha iki boksçumuz Avropa çempionatının yarımfinalında
“Real” 4 mövsüm sonra ilk dəfə ardıcıl 9 qələbə qazanıb
Azərbaycan millisinin üzvü "Sampdoriya"da 2-ci qolunu vurdu
Baş hakimə salam vermədi, "qırmızı" aldı - Video
Cənubi Amerika kubokunu yenə onlar qazandılar
“Fənərbaxça” məğlubiyyətdən qaçdı - Video
Yunuszadə sona kimi ehtiyatda qaldı
Cəlalın komandası səfərdən qələbə ilə qayıdır
“Mançester Siti” öz meydanında xal itirdi - Video
İlham Zəkiyev Qran-pridə bürünc medal qazandı
Krivotsyukun komandası qalib gəldi
“Qalatasaray”ın qələbəsi - Video
Kaxaber Sxadadze bu klubun baş məşqçisi oldu
Baş məşqçi məşqlərin dronla çəkilməsinə qarşı çıxdı
Federasiya prezidentini yalan danışmaqda ittiham etdi
Arteta futbolçularına xəbərdarlıq etdi
Murad Məmmədovun komandasından qələbə
“Qəbələ” “Şəfa”nı belə məğlub etdi - Video