"Qəbələ"nin rəqibi Bakıda

"Qəbələ"nin rəqibi Bakıda
XƏBƏR 10 İyul 2018 / 20:57 2344
-  A +

“Qəbələ” Avropa Liqasının 1-ci təsnifat mərhələsinin ilk oyununda doğma meydanda “Proqres”lə qarşılaşacaq.

Qol.az-ın məlumatına görə, Lüksemburq təmsilçisi artıq Bakıdadır. Rəqib komandanı paytaxtımıza gətirən təyyarə az öncə Heydər Əliyev adına Beynəlxalq Hava Limanına eniş edib. Məlumatı klubun rəsmi "Feysbuk" səhifəsi yayıb.

Qeyd edək ki, “Qəbələ” – “Proqres” oyunu iyulun 12-də Qəbələdə keçiriləcək və 20:00-da başlayacaq.


Son xəbərlər
topaz banner