Özildən gözlənilməz qərar - millidən gedir

Özildən gözlənilməz qərar - millidən gedir
XƏBƏR 10 İyul 2018 / 14:56 3159
-  A +

"Arsenal"ın futbolçusu Məsut Özil Almaniya millisindəki karyerasını başa vurmağa hazırlaşır.

Qol.az-ın Almaniya mətbuatına istinadən yaydığı xəbərə görə, 29 yaşlı yarımmüdafiəçi DÇ-2018-lə vidalaşdıqdan sonra ona edilən tənqidlər səbəbindən bu qərarı verib.

M.Özilin qərarını yaxın günlərdə rəsmən açıqlayacağı gözlənilir.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanla çəkdiyi şəkilə görə də tənqid edilən M.Özilin atası Mustafa Özil "Bild"ə açıqlamasında oğlunun yerində olsa, millidən gedəcəyini söyləyib.


Son xəbərlər
topaz banner