İspaniya superkubok oyunu üçün süpriz məkan - Mərakeş

İspaniya superkubok oyunu üçün süpriz məkan - Mərakeş
XƏBƏR 9 İyul 2018 / 22:36 4479
-  A +

İspaniya superkuboku bu il Mərakeşdə keçiriləcək.

Qol.az-ın xəbərinə görə, bu barədə İspaniya Futbol Federasiyası məlumat yayıb. "Barselona" və "Sevilya" arasında oynanılacaq qarşılaşma avqustun 12-i  Marakeşin Tanjer şəhərində olacaq.

Qeyd edək ki, bu il superkubok  bir matçdan ibarət olacaq. 1982-ci ildən mütəmadi olaraq keçirilən turnirdə bundan əvvəl iki görüş oynanılırdı.


Son xəbərlər
topaz banner