"Qəbələ"nin oyununa biletlər satışa çıxır

"Qəbələ"nin oyununa biletlər satışa çıxır
XƏBƏR 9 İyul 2018 / 15:17 2282
-  A +

Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunu çərçivəsində keçiriləcək "Qəbələ" - "Proqres" (Lüksemburq) oyununun biletləri satışa çıxır.

Qol.az-ın klubunun saytına istinadən yaydığı xəbərə görə, biletləri bu gün saat 17:00-dan etibarən Qəbələ şəhər stadionunun kassalarından almaq olar.

Qiymətlər sektorlardan asılı olaraq, 2 manat və 5 manat, VİP sektorlar üçün isə 30 manatdır.

Qeyd edək ki, iyulun 12-də Qəbələ şəhər stadionunda keçiriləcək "Qəbələ" - "Proqres" matçı saat 20:00-da başlayacaq.

Son xəbərlər
topaz banner