PSJ-dən Koutinyoya 270 milyonluq təklif

PSJ-dən Koutinyoya 270 milyonluq təklif
XƏBƏR 9 İyul 2018 / 14:55 3765
-  A +

“Barselona”nın yarımmüdafiəçisi Filippe Koutinyo karyerasını Fransada davam etdirə bilər.

Qol.az-ın “El Mundo Deportivo” nəşrinə istinadən yaydığı xəbərə görə, PSJ braziliyalı futbolçunun xidmətində maraqlıdır. Hətta Paris klubunun Koutinyoya görə 270 milyon avro təklif etdiyi bildirilir.

Ancaq onlar bu təklifi Kataloniya klubuna deyil, futbolçunun menecerinə ediblər. İddiaya görə, 26 yaşlı oyunçunun alınmasını rəhbərlikdən PSJ-nin hücumçusu - Koutinyonun Braziliya millisindəki komanda yoldaşı Neymar xahiş edib.

Qeyd edək ki, bu ilin yanvarında “Liverpul”dan 125 milyon avroya transfer edilən Koutinyonun  “Barselona” ilə 2023-cü ilə qədər müqaviləsi var. Onun təzminat qiyməti isə 400 milyon avrodur.

Son xəbərlər
topaz banner