Ramil Şeydayev "Trabzonspor"da məşqə çıxdı

Ramil Şeydayev "Trabzonspor"da məşqə çıxdı
XƏBƏR 9 İyul 2018 / 12:14 3279
-  A +

Millimizin üzvü  Ramil Şeydayev Türkiyənin “Trabzonspor” klubunun düşərgəsində məşqlərə başlayıb.

Qol.az-ın xəbərinə görə, Avstriyanın “Mattersburq” klubuna keçidi baş tutmayan hücumçu Trabzon təmsilçisinin Sloveniyadakı məşqlərində iştirak edir. O, ötən gündən etibarən komanda ilə birgə çalışmalara start verib.

22 yaşlı futbolçunun komandada qalıb-qalmayacağı ilə bağlı qərar Sloveniya toplanışından sonra veriləcək.

Qeyd edək ki, “Zenit”in yetirməsi olan Şeydayevin “Trabzonspor”la müqaviləsi 2020-ci ildə başa çatır. O, son mövsümü icarə əsasında “Qarabağ”da keçirib.

Dünya Çempionatı 2026
Son xəbərlər
07.07.26  12:19

16 il sonra yenidən...

topaz banner