Luis Enrike İspaniya millisində

Luis Enrike İspaniya millisində
XƏBƏR 9 İyul 2018 / 10:19 4384
-  A +

İspaniya millisinin yeni baş məşqçisi müəyyənləşib.

Qol.az-ın "Marca"ya istinadən yaydığı xəbərə görə, İspaniya Futbol Federasiyası "Barselona"nın sabiq çalışdırıcısı Luis Enrike ilə 2 illik müqavilə imzalayacaq. 48 yaşlı mütəxəssis Avro-2020-nin sonuna qədər yığmaya rəhbərlik edəcək.

Kike Sançes Flores, Miçel və Viktor Sançesin də adı İspaniya millisi ilə hallanırdı.

Xatırladaq ki, DÇ-2018-də milliyə Fernando Yerro rəhbərlik edib.

Qeyd edək ki, L.Enrike "Barselona"dan əvvəl "Roma" və "Selta"nı da çalışdırıb.

Son xəbərlər
topaz banner