Hart “Mançester Siti”dən getmək istəyir

Hart “Mançester Siti”dən getmək istəyir
XƏBƏR 9 İyul 2018 / 00:47 2689
-  A +

Co Hart tezliklə “Mançester Siti”ni tərk etmək istəyir.

Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, artıq sabah təcrübəli qolkiper klubdan birdəfəlik ayrıla bilər.

Son 2 mövsümü Hart icarə əsasında “Torino” və “Vest Hem”də keçirib. İngilis qolkiperin “Mançester Siti” ilə hələ 1 illik müqaviləsi var. Lakin o, daha icarə əsasında oynamaq deyil, başqa klubla müqavilə imzalamaq istəyir.

Xatırladaq ki, Hart “Mançester Siti”yə 2006-cı ildə “Şrusbern Taun”dan transfer olunub.

Son xəbərlər
topaz banner