Halldorssonun əvəzinə isveçli qapıçı

Halldorssonun əvəzinə isveçli qapıçı
XƏBƏR 8 İyul 2018 / 17:20 8402
-  A +

“Randers” klubu bir neçə gün öncə “Qarabağ”a keçən Hannes Halldorssonun əvəzləyicisini tapıb.

Qol.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, Danimarka təmsilçisi boşluğu Patrik Karlqrenlə doldurub. İsveçli qapıçı ilə 3 illik müqavilə imzalanıb.

Qeyd edək ki, mövsümün sonunda İbrahim Şehiçin gedişindən sonra qapı xəttinə Halldorssonu transfer edən “Qarabağ” islandiyalı qolkiperlə 2 illik sözləşmə imzalayıb.

Dünya Çempionatı 2026
Son xəbərlər
07.07.26  12:19

16 il sonra yenidən...

topaz banner