"Real" 45 milyona 17 yaşlı hücumçu aldı – rəsmi

"Real" 45 milyona 17 yaşlı hücumçu aldı – rəsmi
XƏBƏR 15 İyun 2018 / 17:20 5129
-  A +

Komandanın sükanı arxasına Xulen Lopeteqini gətirən “Real” mövsümlərarası fasilədə ilk transferini gerçəkləşdirib.

Qol.az-ın xəbərinə görə, “kral klubu” “Santos”un 17 yaşlı hücumçusu Rodriqo Qoisi heyətinə qatıb. Məlumatı Braziliya klubunun rəsmi saytı yayıb. Keçidin maliyyə tərəfləri açıqlanmasa da, ispanların qarşı tərəfə 45 milyon avro ödədiyi iddia olunur. Gənc forvardın özü isə yeni klubunda illik 4 milyon avro qazanacaq. Futbolçu ilə 5 illik müqavilə imzalanacaq.

Qeyd edək ki, Rodriqo 2019-2020 mövsümünə kimi “Real”ın U-19 komandasında forma geyinəcək.

Son xəbərlər
topaz banner