Bu günlərdə "Neftçi”-nin əvəzedici komandasının baş məşqçisi vəzifəsinə təyin olunan Mahmud Qurbanov klubun rəsmi saytına müsahibə verib. Qol.az-ın məlumatına görə, keçmiş günləri xatırlayan gənc mütəxəssis əvəzedici heyətlə bağlı planları haqda da danışıb.
- 13 ildən sonra yenidən "Neftçi”yə qayıtdınız. Təəssüratlarınız necədir?
- Təəssüratlarım çox yaxşıdır. Düzdür, bazamız dəyişilib. Bu 13 il ərzində Nobel prospektindəki bazaya cəmi 2 dəfə gəlmişəm, indi isə hər gün burada olacağam. Bu da çox sevindirici haldır.
- Köməkçiləriniz kimlər olacaq?
- İndi bu suala cavab verə bilmərəm. İyunun 20-dən sonra seleksiya xarakterli toplanışlarımız olacaq. Həmin toplanışlarda həm əvəzedici, həm də U-19 komandasının futbolçuları iştirak edəcəklər. O toplanışdan sonra bir çox məsələyə aydınlıq gələcək.
- Əvəzedici komandanın əsas məqsədi nə olacaq, çempion olmaq, yoxsa əsas komanda üçün futbolçu yetişdirmək?
- Əsas məqsəd futbolçulara onların artırmaq arzularının reallaşmasına kömək etmək olacaq. Hər bir oyunçu dərk etməlidir ki, Azərbaycanın ən köklu klubunda oynayır, istər əsas, istərsə də əvəzedici heyətdə. Təbii ki, komandamızın nəticələri uğurlu olsa, biz liderlərin sırasında olsaq, əsas komandanın da diqqətini cəlb edəcəyik. Amma, yenə deyirəm, oyunçuların inkişafına kömək etmək ən önəmli məqsədimiz olmalıdır.
- Azərbaycanın ən titullu futbolçusuz, 11 dəfə ölkə çempionu olmusuz. Bundan başqa, Azərbaycan Kubokunu qazanmısınız, "Birlik Kuboku”nun qalibi olmusunuz. Futbolçulara qalib psixologiyasını, qələbə ruhunu necə aşılayacaqsınız?
- Hər bir komanda üçün qələbə ruhu vacibdir. Mənə artırmağı arzulayan, öz üzərində çalışan, məğlubiyyətlə barışmayan, əzmkar futbolçular lazımdır. Əlbəttə, öz biliklərimi, oyunçu və məşqçi kimi toplandığım təcrübəni onlarla bölüşəcəm. Fərdi danışlıqlarımız da olacaq. Hər oyunçuya xüsusi bir yanaşma lazımdır. Məşqçi heyəti futbolçulara, futbolçular da məşqçi heyətinə inanmalıdır. Uğurun açarlarından biri məhz budur.
- Futbolçu və məşqçi kimi bir çox mütəxəssislə çalışmısız. Onlardan hansı sizə daha çox təsir göstərib?
- İşlədiyim hər bir məşqçi mənim üçün xüsusi rol oynanyıb və məşqçi kimi formalaşmağımda hər bir mütəxəssisin öz payı var. Berti Foqts, Robert Prosineçki, Ağasəlim Mircavadov – onların futbola baxışları fərqlənsə də, hər birindən ən yaxşını alıb, öz işimdə istifadə etməyə çalışıram.
- "Neftçi”də oynadığınız dövrdə üç ən yaddaqalan oyun və ya hadisə hansı olub?
- Birinci yerdə mənim üçün həmişə 2005-ci ildə Gəncədə keçirilmiş "Qızıl oyun” olacaq. "Xəzər Lənkəran”ın güclü komandası var idi. Biz ilk hissədən sonra hesabda geridə olsaq da, ikinci hissədə iki qol vuraraq çempion olduq. Sonra "Pünik”i məğlub etməyimiz gəlir. Həmin il finalda uduzub, "Birlik Kuboku”nu qazana bilməsək də, "Pünik” üzərində qələbə o oyunda iştirak edən futbolçularımızdan heç birinin yadından çıxmaz. Üçüncü yerdə isə... Bilirsiz, "Neftçi”nin heyətində qazandığım hər bir titul mənim üçün əzizdir. Ona görə də komandamızın heyətində qazandığım Azərbaycan çempionluğu və kubokun qalibi titullarını məhz bu pilləyə yerləşdirərdim.
- Azarkeşlərə nə demək istəyirsiz?
- "Neftçi”nin azarkeşləri Azərbaycan futbol tarixinin bir parçasıdır. Onlar həmişə öz komandalarının yanındadırlar. Azarkeşlərimizdən xahişim budur ki, əsas komandanı dəstəklədikləri kimi gəlib əvəzediciləri də dəstəkləsinlər. Biz isə onları sevindirmək üçün əlimizdən gələni edəcəyik.
Ronaldonun komanda yoldaşı klubdan getdi
“Şamaxı” Qətər klubu ilə qarşılaşacaq
FİFA mundialın final topunu təqdim etdi - Şəkil
Portuqaliya - İspaniya: Heyətlər
"Neftçi" Serbiya klubuna uduzdu
Lukaku Türkiyə klubuna keçə bilər
PSJ-nin qapıçısı Portuqaliya klubuna keçdi
"Qərar hansı əsasla ləğv edildi?" - Tomas Tuxel
"Milan"ın oyunçusu sıradan çıxdı
Millinin baş məşqçisindən rəqib oyunçuya qeyri-etik ifadə
"Sumqayıt"ın rəqibləri bilindi
"Üzərimizdə böyük məsuliyyət var" - Valdas Dambrauskas
Arne Slot Niderland millisinin baş məşqçisi ola bilər
Musiala əməliyyat olundu
Felipe Luisin təyinatı açıqlandı - Rəsmi
15 gün əvvəl müqaviləni yenilədiyi "Qəbələ"dən ayrıldı
“Zirə”nin rəqibindən transfer
“Kamilo Duranın transfer danışıqlarında irəliləyiş var”
Azərbaycanlı hakimə UEFA-dan növbəti təyinat
Premyer Liqa klubunda yeni baş məşqçi
“Tottenhem” tarixinin ən bahalı transferi oldu
“Zirə” - “Torpedo” oyununun biletləri satışa çıxarılır
TNS-in baş məşqçisindən "Sabah" haqda - Açıqlama
Norveç şahzadəsi Haalandla görüşdü
Belçika Futbol Assosiasiyası FİFA-nın qərarından şoka düşüb
Azərbaycandan getdi, Tayland klubuna keçdi
"Futboldan başı çıxmayan iki adam..." - Kloppdan sərt sözlər
Keyn mundiallar tarixinə belə düşdü
Seneqal millisinin liderləri arasında münaqişə
Azərbaycan klublarının avrokuboklar mövsümü başlayır
İngiltərə millisinin futbolçusu qələbə sevincində zədələndi
Bellinqem "ən yaxşı" seçildi
Bombardirlik yarışında “amansız mübarizə”
“Vikinq gəmisi” dayanmır! - Video
DÇ-2026: 1/4 finalın ilk iki cütü müəyyənləşib