Bordinin daha 2 köməkçisi müəyyənləşdi

Bordinin daha 2 köməkçisi müəyyənləşdi
XƏBƏR 11 İyun 2018 / 17:23 4896
-  A +

Yeni mövsümdə "Neftçi"yə rəhbərlik edəcək Roberto Bordinin daha iki köməkçisi müəyyənləşib.

Qol.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, bunlardan biri ötən mövsüm "Səbail”in U-17 komandasının baş məşqçisi kimi gümüş medal qazanan Füzuli Məmmədov, digəri isə qapıçılar üzrə məşqçi vəzifəsini yerinə yetirən Etibar Tarıverdiyevdir. Hər iki mütəxəssislə 1 illik müqavilə imzalanıb.

Füzuli Məmmədov UEFA-nın A, Etibar Tarıverdiyev isə B kateqoriyalı məşqçisidir.

Qeyd edək ki, fiziki hazırlıq üzrə məşqçi italiyalı Andrea Vezzu olacaq.


Son xəbərlər
topaz banner