“Keşlə”nin hazırlıq planı müəyyənləşdi

“Keşlə”nin hazırlıq planı müəyyənləşdi
XƏBƏR 11 İyun 2018 / 15:00 2433
-  A +

Növbəti mövsümdə ölkəmizi Avroliqada təmsil edəcək “Keşlə”nin hazırlıq planı müəyyənləşib.

Klubdan Qol.az-a verilən məlumata görə, komanda iyunun 20-də Bakıda bir araya gələcək. Paytaxtdakı qısa hazırlıqdan sonra Bakı klubu təlim-məşq toplanışının əsas mərhələsi üçün Türkiyəyə yollanacaq.
 
İyunun 23-dən iyulun 6-na qədər qardaş ölkədə hazırlıq keçəcək “Keşlə”nin 3 və ya 4 yoxlama oyununda qüvvəsini sınayacağı bildirilib. Qarşılaşmaların vaxtı və rəqiblərin kimliyi hələlik bilinmir.

Son xəbərlər
topaz banner