Braziliya millisindən möhtəşəm göstərici

Braziliya millisindən möhtəşəm göstərici
XƏBƏR 11 İyun 2018 / 13:11 4378
-  A +

Dünya çempionatının favoritlərindən hesab olunan Braziliya millisi son iki ildə əla göstərici ilə yadda qalıb.

Qol.az-ın xəbərinə görə, baş məşqçi Titenin gəlişindən sonra komanda keçirdiyi 21 oyunun yalnız birində uduzub. 17 qələbə qazanan cənubi amerikalılar bunların 15-də qapısından qol buraxmayıb. Millinin oyunlarındakı top fərqi də əladır -  47-5.

Beşqat dünya çempionu 2018-ci ildə meydana çıxdığı 4 oyunun hamısında qələbə qazanıb.

Qeyd edək ki, Braziliya millisi dünya çempionatında İsveçrə, Kosta-Rika və Serbiyay ilə birlikdə E qrupunda yer alıb. Komanda ilk oyununu iyunun 17-də İsveçrəyə qarşı keçirəcək.

Son xəbərlər
topaz banner