Nainqqolan “Roma”nı “İnter”ə dəyişir

Nainqqolan “Roma”nı “İnter”ə dəyişir
XƏBƏR 11 İyun 2018 / 12:38 2627
-  A +

“Roma”nın yarımmüdafiəçisi Raca Nainqqolan komandasını dəyişir.

Qol.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, belçikalı futbolçu “İnter”ə keçməyə yaxındır. 30 yaşlı oyunçunun 29 milyon avro qarşılığında Milan klubuna keçəcəyi və illik 4,5 milyon avro qazanacağı iddia olunur.

“İnter”in Nainqqolanın transferi üçün pulla yanaşı, gənc yarımmüdafiəçisi Nikolo Canolonu da “Roma”ya verəcəyi bildirilir. Rəsmi müqavilənin iyulun 1-də bağlanacağı gözlənilir.

Qeyd edək ki, Nainqqolan 2014-cü ildən “Roma”da çıxış edir.

Son xəbərlər
topaz banner