Qrizmann qərarını nə vaxt açıqlayacaq?

Qrizmann qərarını nə vaxt açıqlayacaq?
XƏBƏR 10 İyun 2018 / 13:56 3290
-  A +

“Atletiko”nun hücumçusu Antuan Qrizmannın karyerasını hansı klubda davam etdirəcəyi yaxın bir həftə ərzində bilinəcək.

Qol.az-ın “AS” nəşrinə istinadən yaydığı xəbərə görə, bu barədə fransız futbolçu özü məlumat verib. 28 yaşlı forvardın sözlərinə görə, dünya çempionatının startına qədər hər şey məlum olacaq:

“Yaxşı ki, bununla maraqlanırsınız. Qarşıda hələ bir həftə var. Düşünürəm ki, dünya çempionatı başlayana kimi məsələyə aydınlıq gələcək”.

Qeyd edək ki, Qrizmannın “Barselona”ya keçməyə yaxın olduğu bildirilir.

Son xəbərlər
topaz banner