"Bakı"nın sabiq baş məşqçisi Türkiyə klubunda

"Bakı"nın sabiq baş məşqçisi Türkiyə klubunda
XƏBƏR 9 İyun 2018 / 22:52 5500
-  A +

"Bakı"nın sabiq çalışdırıcısı Bülənt Qorxmaz Türkiyə Superliqası təmsilçisi "Antalyaspor"un baş məşqçisi təyin edilib.

Qol.az-ın xəbərinə görə, bu barədə klubun saytı məlumat yayıb.

Məşqçiliyə "Qalatasaray"da başlayan 49 yaşlı  mütəxəssis vətənində "Karabükspor", "İstanbul BB", "Kayseri Ərciyyəspor", "Mersin İdman Yurdu"nda işləyib. O, 2016-cı ilin yanvarında Mersin təmsilçisindən gedəndən sonra heç bir klubda işləməyib.

Qeyd edək ki, B.Qorxmaz 2009/10 mövsümündə 6 ay "Bakı"nın baş məşqçisi olub.


Son xəbərlər
topaz banner