Şehiç Türkiyə klubu ilə razılaşdı

Şehiç Türkiyə klubu ilə razılaşdı
XƏBƏR 9 İyun 2018 / 16:43 12324
-  A +

“Qarabağ”dan ayrılan İbrahim Şehiç karyerasını Türkiyədə davam etdirə bilər.

Qol.az-ın erzurumhaber.com.tr saytına istinadən yaydığı xəbərə görə, bosniyalı qolkiper Superliqa təmsilçisi ilə anlaşıb.

Bu, yeni mövsümdən yüksək liqada çıxış edəcək  “Ərzurumspor”dur. Şehiçin yaxın günlərdə Ərzuruma gedərək müqavilə imzalayacağı gözlənilir.

Qeyd edək ki, Bosniya və Hersoqovina millisinin üzvü “Qarabağ”dan əvvəl – 2011-2013-cü illərdə Türkiyənin “Mersin İdmanyurdu” klubunda çıxış edib.

Son xəbərlər
topaz banner