Millimizin rəqibinin prezidenti vəfat etdi

Millimizin rəqibinin prezidenti vəfat etdi
XƏBƏR 9 İyun 2018 / 14:54 3768
-  A +

Kosovo Futbol Federasiyasının prezidenti Fadil Vokrri vəfat edib.

Qol.az-ın qurumun rəsmi saytına istinadən yaydığı xəbərə görə,  58 yaşlı veteran futbolçu bu gün səhər saatlarında  ürək tutmasından dünyasını dəyişib.

Ürəyində ağır hiss edən F.Vokrri  xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Kosovo  Millətlər Liqasında yığmamızla eyni qrupda mübarizə aparacaq.

Son xəbərlər
topaz banner