“Beşiktaş”dan ayrılıb, Çin klubuna keçdi

“Beşiktaş”dan ayrılıb, Çin klubuna keçdi
XƏBƏR 9 İyun 2018 / 14:00 5885
-  A +

Son iki mövsümü “Beşiktaş”da icarədə əsasında çıxış edən Anderson Taliska karyerasını Çində davam etdirəcək.

Qol.az-ın “Fanatik”ə istinadən yaydığı xəbərə görə, braziliyalı yarımmüdafiəçi “Quançjou Everqrand”
klubuna keçib.

Müqavilə ilə Portuqaliyanın “Benfika” klubuna məxsus olan 24 yaşlı futbolçu 6 aylıq icarəyə götürülüb.

Qeyd edək ki, Taliska “Beşiktaş”In heyətində 47 oyuna 20 qol vurub.

Son xəbərlər
topaz banner