"Yuventus" yeni qapıçı aldı - rəsmi

"Yuventus" yeni qapıçı aldı -  rəsmi
XƏBƏR 9 İyun 2018 / 13:16 5083
-  A +

“Cenoa”nın qapıçısı Mattia Perinin “Yuventus”a keçidi rəsmiləşib.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, 25 yaşlı qolkiperlə 4 illik müqavilə imzalanıb. Turin təmsilçisi bu transfer qarşılığında genuyalılara 12 milyon avro təzminat ödəyib.

Qeyd edək ki, “Cenoa”nın yetirməsi olan Perin “Padova” və “Peskara”da da çıxış edib.

Son xəbərlər
topaz banner