Harri Keyn daha 6 il "Tottenhem"də - rəsmi

Harri Keyn daha 6 il "Tottenhem"də -  rəsmi
XƏBƏR 8 İyun 2018 / 18:11 2478
-  A +

“Tottenhem” aparıcı üzvü Harri Keynlə müqaviləni yeniləyib.

Qol.az-ın klubun Tvitter səhifəsinə istinadən yaydığı xəbərə görə, 24 yaşlı hücumçunun yeni müqavilə müddəti 2024-cü ilin iyun ayına qədərdir.

Britaniya mətbuatı Keynin ilinə 15 milyon funt-sterlinq qazanacağını yazıb.

Qeyd edək ki, İngiltərə millisinin üzvü 2011-ci ildən London klubunda çıxış edir. O, geridə qalan mövsümdə Premyer Liqada 30 qol vurub.

Son xəbərlər
topaz banner