“Neftçi”nin baş meneceri Eldəniz Yusifov tutduğu vəzifədən istefa verib.
Bu haqda Qol.az-a E.Yusifov özü bildirib.
“Bu gün “Neftçi”nin idman direktoru Ceyhun Sultanov məni çağırıb, söhbət etdi. Qarşılıqlı anlaşma ilə ayrıldım. Mən onlara, onlar da mənə uğurlar arzuladı”.
O, klubun bu addımını normal qarşıladığını bildiirib: “Neftçi”nin bu qərarı başadüşüləndir. Yeni rəhbərlik, baş məşqçi gəlib. Futbolun dili eyni olsa da, hər rəhbərlik öz adamları ilə işləmək istəyir. Mən də “Neftçi”yə kimlərinsə yerinə gəlmişdim. Burda böyüdüləsi bir şey yoxdur. Hər halda yeni prezident kluba gələndə islahatlar aparmalıdır. Burda narazı qalmalı bir məqam yoxdur. Futbolda belə şeylər olub, bundan sonra da olacaq”. 
Eldəniz Yusifov
E.Yusifov futbol sahəsində işini davam etdirəcəyini qeyd edib: “14 ildir futboldayam. Sıravi işçidən tutmuş, baş menecer vəzifəsinə qədər çalışmışam. Hər halda yəqin ki, hansısa təklif olacaq. Bunu gələcək göstərəcək. Ümid edirəm ki, hansısa bir işlə məşğul olacam”.
E.Yusifov nəzakət xatirinə əlavə heç nə deməsə də, bu qərarın klubun yeni prezidenti K.Quliyevin birbaşa tapşırığı ilə atıldığına şübhə yoxdur.
Qeyd edək ki, Kamran Quliyevin “Neftçi”nin prezidenti vəzifəsinə təyinatından sonra köhnə heyətin bir çox üzvü göndərilib. Əvvəlcə mətbuat xidmətinin rəhbəri Anar Şabanoğlu, daha sonra əvəzedici heyətin məşqçi heyəti klubdan göndərilib. Bundan sonra K.Quliyev “Neftçi”də uğurlu nəticə göstərən Tərlan Əhmədov başda olmaqla bütün məşqçi heyəti ilə yolları ayırıb. Halbuki məhz T.Əhmədovun rəhbərliyi altında komanda üçüncü yeri tutaraq Avropa Liqasına vəsiqə qazanıb. Məlumata görə, T.Əhmədovun köməkçilərindən olan məşqçilərdən birinin evində ağır xəstəsi olduğu, dava-dərman qiymətlərinin “od tutub yandığı” bir zamanda pula ehtiyacı olub. Buna baxmayaraq, hətta həmin məşqçiyə də klubda alternativ iş təklif olunmayıb. Beləliklə, Tərlan Əhmədovla yanaşı Novruz Əzimov, İqor Getman, Rauf Salamov bir zamanlar can qoyduqları “Neftçi”dən hörmətsizcəsinə yola salınıb və onların hər biri indi işsiz qalıb, maaşsız qalıb. Halbuki zamanında bu şəxslərdən hər biri “Neftçi” üçün can qoyub. Amma klubun prezidenti Kamran Quliyev bu insanların yerinə “Neftçi”yə əcnəbi italiyalı mütəxəssisləri gətirməyi daha uyğun bilib.
Son 21 mövsümdə ilk dəfə
“Bu, bəlkə də, məsuliyyətsizlikdir” - Qurban Qurbanov
"Qarabağ"a qarşı oyunumuz növbəti matçlar üçün stimuldur"
"Qarabağ"ın qələbəsindən - Video
Azərbaycan millisi Gürcüstana məğlub oldu
Tovuzda vurulan 3 qol - Video
Emreli oynadı, komandası uduzdu
Acun Ilıcalının komandası bu göstəricidə hamını geridə qoydu
Millimizin üzvü Kosovada het-trik etdi
Messinin rekorduna şərik oldu
Koxalski son dəfə Respublika Stadionunda - Video
PSV ilə oyunda zədələndi, xəstəxanaya aparıldı
Cəlal oynadı, komandası qalib gəldi
“Qarabağ” - “Araz-Naxçıvan” matçının heyətləri açıqlandı
“Mançester Yunayted” “Sabah”la oyundan əvvəl xal itirdi
39 yaşlı Ceymi Vardi İngiltərə çempionatına qayıtdı
Ronaldonun "casusluğu" gündəm oldu - Şəkil
Luis Enrikenin maaşı artırıldı
Osimhen sıradan çıxdı
“Turan Tovuz” - “Sumqayıt”: Heyətlər
Azarkeşlə dalaşdı, cəzalana bilər
Aziz Yıldırım Prezident İlham Əliyevlə görüşdü - Şəkillər
Əlcəzair millisində yeni baş məşqçi
Krivotsyukun komandası darmadağınla qalib gəldi
"Qarabağ"ın sabiq futbolçusu istefa verdi
Azərbaycan millisinin qapıçısı bu kluba keçdi
Vinisius Mourinyoya məhəl qoymadı - Şəkil
İstanbul derbisində ölüm
Nani cüdo fəndi ilə rəqibini yerə sərdi - Video
Tramp DÇ-2026-nın ABŞ-a qazandırdığı məbləği açıqladı
"Neftçi" - "Şəfa" matçındakı 5 qol - Video
İstanbul derbisini "Beşiktaş" qazandı