“Lester”dən ikinci transfer

“Lester”dən ikinci transfer
XƏBƏR 8 İyun 2018 / 13:58 4807
-  A +

Yeni mövsüm üçün heyətini gücləndirməkdə davam edən “Lester” 2-ci transferini gerçəkləşdirib.

Qol.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, Premyer Liqa təmsilçisi “Vest Bromviç”in müdafiəçisi Conni Evansın keçidini həll edib. Şimali İrlandiya millisinin üzvü ilə 3 illik müqavilə imzalanıb.
 
Transferin detalları açıqlanmasa da, “Lester”in qarşı tərəfə 3,5 milyon funt-sterlinq ödəyəcəyi bildirilib.

Qeyd edək ki, “Lester” Evansdan öncə “Portu”dan Rikardo Pereyranı transfer etmişdi.

Son xəbərlər
topaz banner