"Liverpul" hücumçu alır

"Liverpul" hücumçu alır
XƏBƏR 8 İyun 2018 / 13:27 5124
-  A +

Çempionlar Liqasının son finalçısı “Liverpul” heyətini gücləndirməkdə davam edir.

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, “mersisaydlılar” daha bir futbolçunun transferini həll edib.

İngiltərə klubu “Lion”un hücumçusu  Nabil Fekiri heyətinə cəlb edəcək. Artıq klublar arasında razılıq əldə olunduğu bildirilir. 24 yaşlı forvardın bu gün 5 illik müqaviləyə qol çəkəcəyi gözlənilir.

Qeyd edək ki, "Lion"un yetirməsi olan Fransa millisinin üzvü  2013-cü idlən əsas komandada çıxış edir.

Son xəbərlər
topaz banner