La Liqa klubunda yeni baş məşqçi

La Liqa klubunda yeni baş məşqçi
XƏBƏR 8 İyun 2018 / 12:35 2458
-  A +

İspaniyanın “Jirona” klubunun yeni baş məşqçisi müəyyənləşib.

Qol.az-ın  La Liqa təmsilçisinin saytına istinadən yaydığı xəbərə görə, komandanı yeni mövsümdən Eusebio Sakristan çalışdıracaq.

İspaniyalı  mütəxəssislə 2 illik müqavilə imzalanıb. Sakristan bu vəzifədə mayın sonunda “Sevilya”ya baş məşqçi təyin olunan Pablo Maçini əvəz edib.

Qeyd edək ki, məşqçilik karyerasına məhz “Jirona”da başlayan Sakristan “Barselona”nın əvəzedici komandasını, “Selta” və “Real Sosyedad”ı çalışdırıb.

Son xəbərlər
topaz banner